BURADA REKLAMINIZ OLA
BİLƏR

Argentina finala çıxdı

Bu gün DÇ-2022-də yarımfinal mərhələsi start götürüb.

 

Pravda.az-ın məlumatına görə, ilk finalçı Argentina və Xorvatiya duelində bəlli olub.

 

Çempionata məğlubiyyətlə başladıqdan sonra toparlanan Argentina Lionel Messinin kapitanlığı altında Luka Modriçin lideri olduğu Xorvatiyanı böyük hesabla məğlub edərək, ilk finalçı olub. Qollardan birini Messi, ikisini Alvares vurub.

Qeyd edək ki, digər finalçı sabah keçiriləcək Fransa – Mərakeş görüşündə bəlli olacaq.

 

DÇ-2022

Yarımfinal

13 dekabr

23:00. Argentina – Xorvatiya - 3:0

Qollar: Lionel Messi, 34. Xulian Alvares, 39, 69

Tarix: 14 Dekabr 2022, 02:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin