BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlandı

Sabah, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Tarix: 14 Dekabr 2022, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin