BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis maşınla ikinci qrup əlili vuraraq öldürdü

 Bərdədə polis əməkdaşı şəxsi avtomobili ilə qəza törədib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı R.Hadıyev idarə etdiyi “KİA” markalı avtomobillə qəflətən yola çıxan piyada, 1961-ci il təvəllüdlü ikinci qrup əlil Surxay Şahbazovu vurub.

 

Sürücü dərhal xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. Xəsarət alan şəxs xəstəxanada keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 14 Dekabr 2022, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin