BURADA REKLAMINIZ OLA
BİLƏR

Minaya düşənlərdən biri dünyasını dəyişib - YENİLƏNDİ

Daha iki nəfərin xəsarət alması müəyyən edilib. Onlardan biri dünyasını dəyişib.

 

***

19:01

 

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

 

Məlumatda bildirilib ki, hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.

Tarix: 14 Dekabr 2022, 20:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin