BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “Bu boyda dövlət bir maska qıtlığını həll edə bilmir”

“Hələ də maska problemi yaşanır. Çox sadə bir sualın cavabını heç cür tapa bilmirəm. Tam ciddi soruşuram, bilənlər varsa yazsınlar. Nə üçün bu qədər tələbat ola-ola bu günə qədər heç bir tikiş sexi, fabrikası maska istehsalına başlamayıb. Axı burada mürəkkəb heç nə yoxdur. "Kustar" üsulu (sadə formada) ilə də hazırlamaq olar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov qeyd edib ki, insanlar evdə maska tikmək videoları yayırlar, bu boyda dövlət bir maska qıtlığını həll edə bilmir: “Ən əsası da bu addım indiki durumda iqtisadi cəhətdən çox gəlirlidir. Buna mane olan nədir, kimdir axı?! Hələlik "kustar" üsulla başlamaq, vergisiz, qeydiyyatsız, tək elementar standartlara cavab verən olsun. Sonra bütün rəsmiləşmələri, dünya standartlarına cavab verən istehsal təşkil edərsiniz”.

Tarix: 30 Mart 2020, 22:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin