BURADA REKLAMINIZ OLA
BİLƏR

DSX məlumat yaydı: Atəş açılmayıb

Dekabrın 15-i saat 01:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonu Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrinin guya qarşı tərəfin Qafan rayonunun Kilsəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil.

 

Pravda.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Bu yalan məlumatı qəti olaraq təkzib edir və bu deziformasiyanın Ermənistan Müdafiə Nazirliyinin növbəti təxribatı olduğunu bildiririk.

Tarix: 15 Dekabr 2022, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin