BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda psixiatriya xəstəxanasına məxsus maşın mağazaya çırpıldı - FOTO

Bakıda Sabunçu rayonu, Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.

 

Hadisə şahidinin bildirdiyinə görə, qəza zamanı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına məxsus UAZ markalı maşınla VAZ-2106 markalı avtomobil toqquşub.

 

Qəzadan sonra avtomobillərdən biri yaxınlıqdakı mağazaya çırpılıb.

 

Sürücülərdən biri xəsarət aldığı üçün xəstəxanaya aparılıb.

Fotoları təqdim edirik
Tarix: 15 Dekabr 2022, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin