BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü yerdən GÖRÜNTÜLƏR

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşdüyü ərazidən görüntülər lentə alınıb.

 

Pravda.az xəbər verir ki, Report-un Kəlbəcərə ezam olunmuş əməkdaşı traktor və hərbi avtomobilin mina partlayışından sonrakı vəziyyətini əks etdirən fotolar çəkib.

 

Ərazidən görüntüləri təqdim edirik.

 

Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

 

Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

 

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.

 

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

 

 




 
Tarix: 15 Dekabr 2022, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin