BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərdə minaya düşərək xəsarət alanların son durumu açıqlandı

Dekabrın 14-də Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər (mülki vətəndaşlar olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər.

 

Pravda.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Bildirilib ki, 15.12.2022-ci ildə saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib: "Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub. Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir. Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub".

Tarix: 15 Dekabr 2022, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin