BURADA REKLAMINIZ OLA
BİLƏR

Çay evində müştərini bıçaqlayan şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Məğrur Quliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttiham a görə, hadisə 10 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Goranboy rayonu, Goran qəsəbəsində yerləşən çay evində qeydə alınıb.

 

Belə ki, sərxoş vəziyyətdə olan Məğrur Quliyev icarə əsasında işlətdiyi zərərçəkmiş Yaşar Tahirova (şərti) məxsus obyektdə qərəzli hərəkətlər edib. O, əvvəlcə digər zərərçəkmiş Bəşir Dadaşova (şərti) uca səslə nalayiq ifadələr işlədib, çay evindən əlinə götürdüyü mətbəx bıçağı ilə onun üz nahiyəsinə iki dəfə qəsdən vuraraq xəsarət yetirib. Bundan sonra Məğrur hərəkətlərini davam etdirərək çay evinin qapısının şüşəsini əli ilə zərbə endirib sındıraraq Yaşara 50 manat miqdarında maddi ziyan vurub.

 

Hadisədən sonra Məğrur Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Goranboy Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 8 May 2024, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin