BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüş söyən şəxsin qardaşını pivə butulkası ilə vurdu - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Dursunovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib. 

 

İttihama görə, hadisə 04 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış massivində qeydə alınıb.

 

Belə ki, qonşuluqda yaşayan zərərçəkmiş Bakir Əsədovun (şərti) qardaşı Namiq Əsədov (şərti) gecə vaxtı səs-küy salıb, nalayiq ifadələr işlədib. Akif Dursunov da buna görə ona iradını bildirib, zərərçəkmişi itələyib. Sonra təqsirləndirilən şəxs hadisə yerindən gedib və yaxınlıqda olan marketdən pivə alıb yaşadığı evə qayıdıb. Hadisə yerinə gələn Bakir qardaşının onun yaxasından tutaraq münaqişə etməsinə irad bildirib. Bu zaman Akiflə Bakir əlbəyaxa olaraq dalaşıb. Daha sonra təqsirləndirilən şəxs əlində tutduğu pivə ilə dolu olan şüşə butulkası ilə qəsdən zərərçəkmiş şəxsin başının ənsə nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Akif Dursunov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 8 May 2024, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin