BURADA REKLAMINIZ OLA
BİLƏR

Ofisiantı öldürən administratorun yenidən məhkəməsi başladı

Şirvan Apellyasiya Məhkəməsində Lənkəranda “Mandarin” restoranında çalışan ofisiant Tofis Nəsirovu öldürməkdə təqsirləndirilən həmin obyektin administratoru Seymur Bayramlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası mayın 21-nə təyin edilib.

 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Seymur Bayramlı 10 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: 2022-ci il noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 8 May 2024, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin