BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: "Valideynlərin ingilis dilini bilməmələri onların övladları ilə aralarında hər hansı kommunikasiya problemi yaratmır"

İngilis dilini bilməyən Azərbaycandilli valideynlərin övladlarını ingilis dili təmaüllü özəl məktəblərdə oxutmaları müzakirə yaradıb. Bildirilir ki, zaman keçdikcə ingilis dilində təhsil alan uşaq bu dili bilməyən valideyni ilə ünsiyyətdə çətinlik çəkəcək, onlar arasında uçurum yaranacaq. 

 

Təhsil eksperti Kamran Əsədov isə Pravda.az-a açıqlamasında deyib ki, bu problem ingilis dili bölmələrində deyil, daha çox rus bölmələrində özünü göstərir. 

 

Ekspert xatırladıb ki, hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır: "Bu şagirdlərdən 80 minə qədəri rus, min nəfərdən çoxu isə ingilis bölməsində təhsil alır".

 

Onun sözlərinə görə, son illər ərzində ingilis dili bölməsində təhsil alan şagirdlərimizin sayında kəskin artım var: "Bu, həmin şagirdlərin sonda xarici ölkələrə getmələri ilə bağlıdır. Hazırda hətta Azərbaycanın dövlət orta məktəblərində ingilis bölməsinin açılması istiqamətində işlər görülür. Daha çox 31 özəl liseyimizdə ingilis bölmələri və qrupları var. Rus dilindən fərqli olaraq valideynlərin ingilis dilində  danışmalarının o qədər də əhəmiyyəti yoxdur, çünki rus dili Azərbaycanda əsasən ünsiyyət vasitəsi kimi istifadə olunur. İngilis dili isə uşaqların birbaşa kareyaraları ilə bağlıdır. Valideynlərin ingilis dilində bilib-bilməmələri uşaqların tədrisinə maneə olmur. İngilisdilli bölmələrdə ev tapşırıqlarının yerinə yetirilməsi, sosial fəaliyyətlər məktəbin özü tərəfindən həyata keçirilir. Rus bölmələrində isə bu imkan yoxdur. Yəni valideynlərin ingilis dilini bilməmələri onların övladları ilə aralarında birmənalı şəkildə hər hansı kommunikasiya problemi, uçurum yaratmır. Lakin bu problemi rus bölməsində görə bilirik. Çünki ingilisdilli uşaqlar Azərbaycan dilində də yaxşı danışa bilirlər, rus bölməsində isə əksinə. Şagirdlərin Azərbaycan dilindən fərqli bir dildə təhsil almaları onların gələcəkdə uğurlu karyera əldə etmələrinə köməklik edə bilir”. 

 

Aytəkin Qardaşova 

Tarix: 8 May 2024, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin