BURADA REKLAMINIZ OLA
BİLƏR

Evlərdən 5 min manata yaxın pul oğurlayan şəxslər saxlanıldı

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

DİN-dən verilən məlumata görə, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Murad Əliağazadə müəyyən olunaraq saxlanılıb.

 

Maştağa qəsəbəsində evlərin birindən 2750 manat pul oğurlamaqda şübhəli bilinən Hikmət Sədullayev isə Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Tarix: 8 May 2024, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin