BURADA REKLAMINIZ OLA
BİLƏR

Müavinətlər və Prezident təqaüdləri ilə bağlı mühüm xəbər

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 473 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

 

Nazirlikdən Pravda.az-a bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 356 mln. manat, Prezident təqaüdləri üzrə 228 mln. manat ödənilib.

 

Cari ilin 4 ayında 50 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 620 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Tarix: 8 May 2024, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin