BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərikard” kartlarla bağlı məlumat yaydı: Həqiqəti əks etdirmir - YENİLƏNDİ

“Azərikard” Prosessinq Mərkəzinə istinadən 8 may 2024-cü il tarixində, Prosessinq Mərkəzində yaranan çətinliklər ilə əlaqədar yayılan xəbərlər həqiqəti əks etdirmir.


Bu barədə Pravda.az-a daxil olan məlumat bildirilib.


“Azərikard” Prosessinq Mərkəzinin bütün xidmətləri tam olaraq fəaliyyət göstərir və gün ərzində heç bir texniki çətinliklər müşahidə edilməmişdir.Ən son yeniliklər və xəbərlərlə bağlı operativ şəkildə məlumat almaq üçün rəsmi veb-saytımızı və sosial şəbəkələrdəki səhifələrimizi izləyin!" - məlumatda qeyd olunub.

 

***

 

15:43

 

Azərbaycanda bank kartlarında problem yaranıb.


Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə çoxsaylı müraciətlər yer alıb.

 

Bəzi banklar müştərilərinə belə bir bildiriş göndəriblər:


"Azəricard" prossesinq mərkəzində olan müvəqqəti çətinlikdən dolayı ödənişlərdə gecikmələr mövcuddur. Nəzərə almağınız xahiş olunur, qısa müddətdə aradan qaldırılacaq".

 

Nadir

 

Tarix: 8 May 2024, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin