BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Mahmudovun şirkəti dərslik istehsal edəcək – 826 minlik iş

Elm və Təhisl Nazirliyi 5-7-ci siniflər üçün kiçik ölçülü dərsliklərin istehsalı ilə bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Reportyor.info xəbər verir ki, tenderin qalibi “İndiqo” şirkəti seçilib. Şirkətin təklifi 826 960,4 manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur. “İndigo” şirkətinin 3 payçısı olduğu bildirilir. Onlardan biri Salahov Tariel Aftandil oğludur.



O, tanınmış rəssam Tahir Salahovun qohumudur. İkinci payçı “Halal” MMC-dir. Üçüncü payçıya gəlincə, iddialara görə, bu şəxs ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general Nizami Şirinovdur. Nizami Şirinov əvvəllər “Halal” MMC-də işləyib, daha sonra “İndigo” mətbəəsini yaradıb. Nizami Şirinovun “İndigo”nu yaratmasında Eldar Mahmudovun xüsusi dəstəyi olub.



Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir. Mediada bu barədə gedən məlumatlarda “İndiqo” daha çox Eldar Mahmudovun şirkəti kimi təqdim edilir. Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlküəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə qurumda əməliyyat keçirilib və nazirliyin yüksək vəzifəli şəxsləri saxlanılıb. Onlar ağır cinayətlərdə ittiham edilərək məsuliyyətə cəlb olunublar. Nazirlik isə ləğv edilib və beləliklə, Eldar Mahmudov sabiqlərin sırasına qoşulub.

Tarix: 8 May 2024, 19:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin