BURADA REKLAMINIZ OLA
BİLƏR

Qohumuna qarşı dələduzluqda ittiham edilən təşkilat sədri saxlanılıb

Qohumuna qarşı dələduzluqda ittiham olunan Son Ümid Xalq Hərəkatının sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.


Xalası oğlu Səbuhi Mehrəliyevin Ramin Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı müraciəti əsasında Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Cinayət işi üzrə çağırışdan yayınan Ramin Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.


Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Məlumatı DİN-in Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.

Tarix: 17 May 2024, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin