BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Bundan sonra da ölkədə siyasi islahatlar, demokratiyanın inkişafı istiqamətində vacib addımlar atılacaq"

"Azərbaycan hakimiyyəti hər zaman ölkədə siyasi sabitlik, partiyalar arasındakı siyasi münasibətlərin normal müstəvidə olması istiqamətində lazımlı addımlar atır. 44 günlük Vətən müharibəsi dövründə milli maraqları siyasi mənafedən üstün tutan bütün siyasi qüvvələr eyni mövqedə oldular. Azərbaycan xalqı da hər zaman milli maraqları öndə tutan siyasi qüvvələrin yanındadır. Kimlərsə bu birliyi pozmağa, guya "ölkədə siyasi sabitliyin olmadığı" barədə fikir formalaşdırmağa çalışsa da, bu cür cəhdlər uğursuz olur. Onsuz da, siyasi qüvvələrin sabitliyinin, qüvvələrarası sağlam dialoqun olmamasını istəyən xarici qüvvələr burada hansısa anti-milli tərəfdaşlar tapırlar. Artıq Azərbaycan xalqı həmin qüvvələrin kim olduqlarını yaxşı bilir. Buna görə də ətrafında 3-5 nəfərdən başqa kimsə nəyi qalmayan siyasi qüvvələr, sözsüz ki, gələcəkdə də siyasi fəaliyyətlərini davam etdirə bilməyəcəklər".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

 

"Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən bütün siyasi partiyalar qarşılaşdıqları problemlər, cəmiyyətimizi narahat edən məsələlərlə bağlı sərbəst şəkildə fikirlərini ifadə edə bildilər. Həmin problemlərin həlli istiqamətində də müzakirələr kifayət qədər aparılır. Bu nöqteyi-nəzərdən, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbənin təşkilatçılığı ilə siyasi partiyalarla birlikdə keçirilən müzakirəni ölkəmizin siyasi həyatında, gələcək siyasi dialoqun yaranması və inkişaf etdirilməsi baxımından vacib görüş hesab edirəm. Ortada siyasi iradə var. Azərbaycanın milli və dövlət maraqlarına uyğun bütün siyasi qüvvələrlə əməkdaşlıq edilir. Mövcud sağlam siyasi dialoq mühiti göstərir ki, ölkəmizdə demokratik ənənələr lazımi istiqamətə inkişaf edir. Bundan sonra da ölkəmizdə siyasi islahatlar, demokratiyanın inkişafı istiqamətində vacib addımlar atılacaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ciddi siyasi sabitlik hökm sürür. Təbii ki, bu görüş bir tərəfdən elə cəmiyyətin ayrılmaz hissəsi olan siyasi partiyaların fəaliyyətlərinin normal demokratik mühitdə inkişaf etdirilməsi baxımından vacib addımdır", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 17 May 2024, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin