BURADA REKLAMINIZ OLA
BİLƏR

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatdı - FOTO

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə media nümayəndələri üçün 15 və 17 may 2024-cü il tarixlərində keçilən “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim proqramı başa çatıb.

 

Təlimin keçilməsində əsas məqsəd media nümayəndələrini peşə etikası qaydalarını tənzimləyən, onların xəbərlərinin qərəzsiz və obyektiv olmasını təmin edən prinsiplər və təlimatlar üzrə maarifləndirmək olub. Bundan əlavə, təlim zamanı iştirakçılara hüquqi standartlar, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər, redaksiya və jurnalistlərin maraq toqquşması, jurnalist nüfuzunun qorunması, onun etik məsuliyyəti və öhdəlikləri haqqında məlumat verilib.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist Natiq Məmmədli “Media subyektlərinin redaksiya siyasəti”, “Jurnalistlərin peşə davranış qaydaları və sosial şəbəkələrdə fəaliyyət” adlı sessiyalarda çıxış edərək media nümayəndələri ilə sözügedən mövzularda geniş fikir mübadiləsi aparıb. Təlim zamanı “Rəqəmsal mühitdə media brendinin qorunmasında yol verilən pozuntular” və “Sosial şəbəkələrdə jurnalist nüfuzunun qorunması problemləri” mövzusunda vörkşop da təşkil olunub.

 

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Fotoları təqdim edirik
Tarix: 17 May 2024, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin