BURADA REKLAMINIZ OLA
BİLƏR

Meyiti zirzəmidən tapılan Könülün ailəsinə daha bir itki

İtkin düşən və bu günlərdə Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın ailəsinə daha bir itki üz verib. Bakupost.az xəbər verir ki, Könül Ağayevanın nənəsi Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

 

Qeyd edək ki, Könül Ağayeva bu il martın 2-də itkin düşmüşdü. Mayın 14-də Könülün meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində aşkar edilib. Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb.

Tarix: 17 May 2024, 21:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin