BURADA REKLAMINIZ OLA
BİLƏR

"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı

Nizami Rayon Məhkəməsində "Veysəloğlu" MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, icraata xitam verilib.

 

Qeyd: "Veysəloğlu" MMC-nin barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

 Xəyal Quliyev

Tarix: 18 May 2024, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin