BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbələdə leysan Nohur gölün daşmasına səbəb olub, istirahət komplekslərinə ziyan dəyib

Qəbələdə bir neçə gün davam edən leysan yağışları Nohur gölün daşmasına səbəb olub.

 

Hazırda gölün səviyyəsində orta hesabla 1.5 metr və ya 2 metr kimi yüksəlmə müşahidə olunur.

 

Göldə su səviyyəsinin qalxması nəticəsində, gölün ətrafında olan istirahət komplekslərinə ziddi ziyan dəyib. Göl genişlənərək 180-200 metr irəliləyib.

 

Hazırda FHN-in Şimal Qərb Regional Mərkəzininn Xüsusi Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən gölün suyunun pompalanması istiqamətində işlər davam etdirilir.

 

APA

Tarix: 18 May 2024, 11:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin