BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi

“Bizi qəbul etdiyinə görə ABŞ Sülh İnstitutuna təşəkkür edirik”.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında yazıb.

 

“Hörmətli iştirakçılarla Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər və tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi, Azərbaycan üçün COP29 kimi daha qlobal və yeni xarici siyasət baxışı, iqlim və yaşıl həmrəylik gündəliyi, Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkan kimi və regional əməkdaşlığın gücləndirilməsi, Orta Dəhliz, Xəzər-Qara dəniz bərpa olunan enerji dəhlizi layihəsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh gündəliyinin təşviqi, Cənubi Qafqaz regionunun transformasiyası və inteqrasiyası ilə bağlı geniş fikir mübadiləsi apardıq”, - H.Hacıyev qeyd edib.

 

Tarix: 18 May 2024, 20:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin