BURADA REKLAMINIZ OLA
BİLƏR

Xilasetmə qrupları İran prezidentinin vertolyotunun qəzaya düşdüyü əraziyə çatıb - YENİLƏNDİ

“Xilasetmə qrupları qəzanın baş verən əraziyə çatıb”.

 

Bu barədə məlumatı İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində "sərt eniş" qəzası keçirməsi ilə bağlı İRNA yayıb.

 

Məlumata görə, təxminən bir saat qəzadan sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.

 

Əraziyə 20 xilasetmə qrupu və pilotsuz uçan aparat göndərilib, lakin ərazinin keçilməz olması, dağlıq və meşə şəraiti, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq.

 

APA

 

***

17:56

 

İran prezidenti İbrahim Rəisinin sağ olması haqda hələlik məlumat yoxdur.

 

Bunu İran parlamentinin deputatı Məhəmməd Rza Mirtacədddini deyib.

 

Onun sözlərinə görə, qəzaya uğrayan helikopter hələlik tapılmayıb.

 

İranlı parlamentari bildirib ki, helikopterdə olan İranın Ali Lideri Əli Xameneinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimlə telefonla əlaqə saxlamaq mümkün olmayıb. Mobil telefon əhatə dairəsi xaricindədir.

 

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.

 

***

 

17:11

 

İran Prezidenti İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb.

 

Bu barədə “Tasnim” məlumat yayıb.

 

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib

Tarix: 19 May 2024, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin