BURADA REKLAMINIZ OLA
BİLƏR

Reuters: Helikopter qəzasından sonra Rəisi və xarici işlər nazirinin həyatı risk altındadır

"İran prezidenti İbrahim Rəisi və xarici işlər nazirini daşıyan helikopter bazar günü Azərbaycanla sərhədə səfərdən qayıdıb qatı duman içində dağlıq ərazini keçərkən qəzaya uğrayıb",


Bunu İran rəsmisi Reuters agentliyinə bildirib.

Rəsmi şəxs bildirib ki, Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahyanın həyatı "helikopter qəzasından sonra risk altındadır".


"Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatlıq doğurur" deyə İran rəsmisi bildirib.


Qeyd edək ki, İran TV-lərində bütün proqramlar dayandırılıb. Televiziyalar bütün ölkə üzrə Rəisi üçün duaların edildiyini və ekranın bir küncündə sıx dumanda dağlıq ərazidə piyada axtarış aparan xilasetmə qruplarının canlı yayımını göstərirlər.

 

APA

Tarix: 19 May 2024, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin