BURADA REKLAMINIZ OLA
BİLƏR

Aptekdən sprit aldı, psixoloqun avtomobilini qaçırdı, əks yolda qəza törətdi – Film kimi cinayət

Abşeron Rayon Məhkəməsində avtomobil qaçırmada təqsirləndirilən Rafiq Rahibovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə Abşeron rayonu, Masazır-Novxanı avtomobil yolunun 1-ci kilometrliyində, “İST petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən gül dükanının qarşısında qeydə alınb.

 

Belə ki, 1986-cı il təvəllüdlü Rafiq Rahibov zərərçəkmiş Nəcibə Əsədovanın (şərti) gül dükanının qarşısında saxladığı "Mitsubishi Pajero İCT” markalı avtomobilin qapısının açıq və açarının üzərində olmasından istifadə edib sükan arxasına əyləşib. Daha sonra o, avtomobili talama məqsədi olmadan ələ keçirərək qaçırıb Mehdiabad qəsəbəsi istiqamətində idarə edib. Rafiq idarə etdiyi nəqliyyat vasitəsini yolun əks tərəfli hərəkət zolağında hərəkətdə olan Qabil Əşrəfovun (şərti) idarə etdiyi avtomobilə vurub. Nəticədə o, həmin avtomobilin sahibi 1850 manat, digər maşının sahibinə isə 3360 manat dəyərində ziyan vurub. 

 

Məhkəmə baxışında Rafiq Rahibov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, göstərib ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində gündəlik 3 manatlıq evlərdə qalır. Fərdi olaraq işləyib özünü dolandırır. Rafiq 5 mart 2022-ci il tarixdə bir qədər işləyib pul topladıqdan sonra yaşadığı yerin yaxınlığında olan aptekdən spirt alıb Həmin spirti bir qədər qəbul edib. Bundan sonra piyada Abşeron rayonu, Novxanı qəsəbəsi istiqamətində getməyə başlayıb. O, spirtli içkinin təsirindən Novxanı qəsəbəsində olan zaman yolun kənarında tanımadığı ağ rəngli “Mitsubishi” markalı avtomobilin dayandığını görüb. Saat 19 radələrində həmin avtomobilə yaxınlaşıb və maşının salonuna baxıb. Salona baxan zaman avtomobilin açarlarının üzərində olmasını görüb. Ona görə avtomobilə minib idarə etmək qərarına gəlib. Avtomobilin qapıları açıq vəziyyətdə olduğuna görə maşına əyləşib, onun otorunu işə salıb sürməyə başlayıb, O, avtomobil idarə edə bilmədiyi üçün eyni zamanda spirtli içkinin təsiri altında olduğuna görə bir qədər nəqliyyat vasitəsini idarə etdikdən sonra yolda maşınlardan birinə dəyib. Qorxduğundan maşını geriyə döndərib bir qədər də sürüb. Lakin maşından tüstü çıxdığına görə yolda saxlayıb. Bu zaman polis əməkdaşları hadisə yerinə gəlib onu Saray Polis Bölməsinə aparıblar. O, həmin günü sərxoş vəziyyətdə olduğuna görə etdiyi əməli dərk etməyib.

 

Hazırda törətdiyi əməllərdən peşman olduğunu, lakin vurulmuş ziyanı ödəməyə imkanı olmadığını bildirərək məhkəmədən onun xəstə olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş edib.

 

Zərərçəkmiş Nəcibə Əsədova ifadəsində deyib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində psixoloq vəzifəsində çalışır. O söyləyib ki, hadisə günü “Mitsubishi Pajero” markalı avtomobili saat təxminən 19 radələrində qardaşı ilə birlikdə Bakı şəhərindən Sumqayıt şəhərinə gedən zaman yolunu Abşeron rayonu, Novxanı qəsəbəsindən salıb.

 

Zərərçəkmiş anasının məzarı üstünə getmək üçün Novxanı qəsəbəsində yolun kənarlarında gül dükanlarına baxıb. Bu zaman maşını yolun kənarında saxlayıb adını xatırlamadığı gül dükanına daxil olub. Maşından düşən zaman onun açarını avtomobilin üzərində qoyaraq, qapıları bağlamayıb. Qardaşı da onunla gül dükanına daxil olub. Onlar orada güllərə baxan zaman maşınını saxlamadığı yerdə olmadığının şahidi olub. Dükandan çölə çıxan zaman maşınını Mehdiabad qəsəbəsi istiqamətində sürüldüyünü görüb. Bu zaman bir nəfər öz maşını ilə ona yaxınlaşaraq, avtomobilə əyləşməyini və maşının arxasınca getməyi təklif edib. O da qardaşı ilə birlikdə tanımadığı avtomobilə əyləşib, maşının arxası ilə gediblər. Lakin maşınının arxasınca çata bilməyiblər.

 

Kamal Məmmədov

Tarix: 16 Dekabr 2022, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin