BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sülhməramlıların nəzarəti altında aeroportun fəaliyyətə başlaması təhlükəsizliyimiz üçün çox ciddi təhdid yarada bilər”

“Ruben Vardanyan Azərbaycanın vətəndaş cəmiyyətinin məlum etiraz aksiyalarından və haqlı  tələblərindən sonra  indi də  "Artsaxın" blokada şəraitində olduğunu dünya ictimaiyyətinə çatdıraraq "gül vurub". O, beynəlxalq ictimaiyyətdən Xankəndi (Xocalı) hava limanının açılmasına dəstək istəyib. Görünür ki, Vardanyan Qarabağın bütün təbii resurslarını Rusiyaya daşımaq öhdəliyi də götürüb”.

 

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

 

Ekspert qeyd edib ki, Rusiya sülhməramlılarının və ya separatçıların  nəzarəti altında aeroportun fəaliyyətə başlaması təhlükəsizliyimiz üçün çox ciddi təhdid yarada bilər: “Uzun illərdi ki, Azərbaycan hökuməti beynəlxalq qurumlara təsirlər edərək separatçıların bu aeroportdan istifadəsinə imkan verməyib. Hətta uçuşlar olarsa, bəzi rəsmilərimiz qanunsuz uçuş edən təyyarələrin vurulacağını da bildirmişdi. Azərbaycan hökumətinin ciddi səyləri ilə indiyədək ermənilər buradan heç bir uçuşu reallaşdıra bilməyiblər. İnanıram ki, heç bir zaman da nail olmayacaqlar. Görünür ki, Rusiya və Qarabağ separatçıları yenidən "humanitar fəlakət" iddialarıyla bu məsələni gündəmə gətirmək istəyirlər”.

 

Kənan

Tarix: 16 Dekabr 2022, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin