BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 18 il əvvəl qətl törədən şəxslərə 31,6 il cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Fərid Məmmədli və Anar Ağalarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Novruzov Kərimovun sədrliyi ilə keçiirlən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

 

Dövlət ittihamçısı çıxışında Fərid Məmmədlinin 15 il və Anar Ağalarovun isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Proses növbəti həftəyə təxirə salınıb.

 

Qeyd: 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri - 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə faktı bağlı cinayət işinin ibtidai istintaqı qurumun İstintaq idarəsində tamamlanıb.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Anar Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə, daha sonra isə mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürüb ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanan sübutlar əsasında Fərid Məmmədli və Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.

 

Kamal Məmmədov


Tarix: 16 Dekabr 2022, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin