BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Altay: “Azərbaycanın öz ərazisinə girişində qanuni nəzarət qoymasına, heç bir etiraz, söz keçməz”

“Bu gün, Xankəndi bölgəsini ana Azərbaycana faktiki bağlaya və onun nəzarəti altına gətirə biləcək ən məntiqi və hüquqi amil Ermənistan tərəfdən, Laçın dəhlizinə girişin Azərbaycanın tam nəzarətində olmasıdır. Həm gömrük, həm də sərhəd-keçid buraxılış məntəqələr olmaqla. Necə ki, Gürcüstan, Rusiya, İranla belə sərhəd keçid, buraxılış dövlət məntəqələri mövcuddur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert İlqar Altay bildirib.

 

Ekspertin sözlərinə görə, bu bölgənin hələ ki, Rusiya sülhməramlılarının fəaliyyət (nəzarət yox!) sahəsi olduğu müddət, Azərbaycan dövlətinin nəzarətində saxlanması üçün həmin bölgəyə xaricdən (Ermənistandan)  giriş-çıxış da, tam dövlət nəzarətində olmalıdır: “10 noyabr Bəyanatında yoxdur ki, Azərbaycan Laçın dəhlizinə giriş, sərhəddən vaz keçməlidir. Bu olarsa, artıq Xankəndi bölgəsinə xarici, İran, Ermənistan vətəndaşlarının giriş-çıxışı da, həm bölgədəki təbii ehtiyatların- filiz, və s. ölkədən sərhəddən çıxarılıb daşınması, həm bu əraziyə silah, hərbi sursat ötürülmə Azərbaycanın tam nəzarəti altına düşür öz-özlüyündə, avtomatik. Bu olmazsa, istiyir, ölkə sərhədi yaxınlığında bir kiçik kənd olsun, oraya xaricdən keçidə sərhəd  nəzarəti olmasa, o kənddə də dövlətin nəzarəti mümkün olmaz. Dövlət sərhədi nə üçündür bu dünya ölkələrində? Sərhəd varsa suverenlik var. Və, Azərbaycanın öz ərazisinə girişində qanuni nəzarət qoymasına, heç bir etiraz, söz keçməz. Ona görə də, zənn edirəm, Xankəndi bölgəsinə faktiki nəzarət ilk növbədə həmin bölgəyə, yəni Laçın dəhlizinə Ermənistan tərəfdən giriş-çıxışı qanuni inzibati dövlət nəzarətinə götürməkdən keçir. Və Azərbaycan dövlət və cəmiyyətinin də fikrimcə, əsas tədbirləri, bu səmtə yönəlməlidir. Ölkə suverenliyinə təhlükə yaradan separatizm  yarasının ləğvi, onun nəfəs yolunu bağlamaqla mümkündür, əli-ayağını yığışdırmaqdan əvvəl”.

 

İ.Altay hesab edir ki, "Rusiya sülhməramlıları nəzarətində olan" ifadəsini Xankəndi bölgəsi üçün deyimlərdə, mətbuatda, işlətməməliyik: “Həmin bu bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla o əraziyə nəzarət rəsmi, hüquqi, siyasi olaraq, qanunla Azərbaycan dövlətinə məxsus hesab olunur. Müvəqqəti olmaqla isə, bu ərazi  Rusiya sülhməramlılarının BMT-in qaydalarına uyğun "sülhtəminli fəaliyyət" sahəsidir. Sadəcə. "sülhməramlıların xidmət etdiyi ərazi" deyilməli. Rusiya sülhməramlılarına nə beynəlxalq qayda və qanunlar, nə 10 noyabr, 2020-ci il Bəyanatı Xankəndi bölgəsinə nəzarət funksiyası, ixtiyarı ayırmayıb. Biz onları sözdə də olsa, bu əraziyə nəzarət ixtiyarlı bildikcə, onlar özlərini bölgənin sahibi hesab edir, səlahiyyət həddlərini aşırlar. Ərazini ayrıca, separat "ada" hesab edir və bu yöndə də, orada separatizmə şərait yaradırlar. Qanunla isə, sülhməramlıların özünə, davranış və fəaliyyətinə Azərbaycan dövləti tam nəzarət etməlidir, ərazi sahibi kimi. Artıq, "sülhməramlı" məsələsinə həqiqi, doğru baxış sərgilənməlidir”.

 

Kənan

Tarix: 16 Dekabr 2022, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin