“Xankəndi aeraportunun açılması ermənilərin uzun müddətdir, can atdıqları bir məsələdir. Bu barədə dəqiq məlumatım yoxdur, amma düşünürəm, onlar aeraportu açıb gizli şəkildə istifadə edirlər. Vaxtilə bu məsələ qaldırılmışdı, Azərbaycan icazə vermədi. Hər halda Azərbaycanın hava sahəsidir və haqlı olaraq icazə vermir. Qarabağ xüsusi inzibati ərazi vahidi yoxdur, Xankəndi, Ağdərə, Xocavənd Azərbaycanın digər rayonlarından heç nə ilə fərqlənmir. Sadəcə, orada ermənilər yaşayır, onlar da bizim vətəndaşlarımızdır, Azərbaycan qanunlarına tabe olmalıdırlar”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Ruben Vardanyanın Qarabağdakı vəziyyətdən istifadə edərək, Xankəndi aeraportunun açılması ilə bağlı ortaya atdığı təklif barəsində danışarkən deyib.
Deputat qeyd edib ki, Azərbaycan iki ildir, Ermənistanın dağıtdığı rayonların yollarının bərpası ilə məşğuldur: “Ermənilər də rus sülhməramlılarının arxasında Laçın yolu ilə nə istəyirlərsə, daşıyırlar. Halbuki ora da Azərbaycan ərazisidir və həm aeraportu, həm Laçın dəhlizini nəzarətdə saxlamalıdır. Dünyanın rəsmi qəbul etdiyi sərhədlərimiz var. O sərhədlərdən içəri heç kim - nə Vardanyan, nə Dartanyan, nə də başqası Azərbaycanın razılığı olmadan, icazəsiz girməli deyil. Şuşa-Xankəndi yolunun qovşağında aksiya keçirən ictimaiyyət nümayəndələri bunu tələb edirlər ki, yolumuza nəzarət olsun. Qarabağ torpağımızdır və oradakı bütün mədənlərə, təbii sərvətlərimizə, faydalı qazıntılarımıza uzanan əlləri tutub kəsməliyik. Nəzarət etməliyik ki, görək, indiyə qədər orada nə işlər görüblər. Azərbaycan vətəndaşı olan ermənilərin Qarabağın təbiətindən, torpağından istifadə etmək haqları var. Amma o şey ki, ümumiyyətlə, dövlətə aiddir, onun bu cür talan edilməsinə - həm də Azərbaycanın nəzarəti olmadan - icazə vermək olmaz. Azərbaycanın tələbi budur”.
S.Rüstəmxanlı ermənilərin Xankəndində humanitar böhran yaşadıqları barədə qaldırdıqları hay-küyə də münasibət bildirib: “Üç-dörd gündür, rus sülhməramlıları yolu bağlayıblar. Yəqin, piketə görə bağlayırlar ki, münaqişə olmasın. Halbuki biz də yolu bağlaya bilərdik. Ermənilər hay-küy salırlar ki, humanitar böhranla üzləşə bilərlər. Hələ bizi Xocalı soyqırımı ilə qorxutmaq istəyirlər ki, Xocalı soyqırımını yenə başınıza gətirə bilərik. Belə cəfəngiyyatlar var. Şübhəsiz, 30 ildir, Naxçıvan blokada şəraitindədir, Azərbaycanla əlaqələri kəsilib. Bəs bizim millətimiz necə dözür? Bunlar insandırlar, humanitar tələbləri var, amma bizimkilərin yoxdur? Bu, erməni həyasızlığının yeni bir görüntüsüdür…”
Aytəkin Qardaşova
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
Ən son xəbərləri səhifəmizdən də izləyin