BURADA REKLAMINIZ OLA
BİLƏR

Yoluxanların bu günə olan sayı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 81 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 825 231 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 749 nəfər müalicə olunaraq sağalıb, hazırda 493 aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 475, bu günə qədər isə ümumilikdə 7 403 301 test icra olunub.

Tarix: 16 Dekabr 2022, 16:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin