BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürmək istəyən mədəniyyət evinin işçisinə ağır cəza: “Onu namus üstündə bıçaqladım”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə arvadını bıçaqlamaqda təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumat görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə bu ilin iyulunda Şəmkir şəhər ərazisində qeydə alınıb.

 

Belə ki, Şəmkir rayon sakini Elçin Əliyev həyat yoldaşı, 1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızı bədəninin müxtəlif nahiyələrindən çox saylı bıçaq xəsarətləri yetirib. Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

 

Daha sonra Elçin Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində qəsdən adam öldürməyə cədd maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmədə ifadə verən Elçin Əliyev deyib ki, arvadını namus üstündə bıçaqlayıb.

 

Belə ki, o, həyat yoldaşının vatsapda başqa şəxslə yazışmasını tutub. Buna görə də cinayət törədib.

 

 Elçin Əliyev mədəniyyət evində çalışır.

 

Kamal Məmmədov

Tarix: 17 Dekabr 2022, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin