BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini öldürən şəxsin istintaqı başa çatdı

Neftçalada həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən Saleh Qurbanovun  cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 26-na təyin edilib.

 

Qeyd: Bu il aqustun 30-u saat 12 radələrində 1957-ci il təvəllüdlü Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə Neftçala rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 18 Dekabr 2022, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin