BURADA REKLAMINIZ OLA
BİLƏR

“011”lə piyadaları vuran şəxsin işi məhkəməyə göndərildi

Avtomobillə piyadanı vurub qaçan şəxsdən xəbər var

 

Bərdədə avtomobillə piyadanı vurub qaçmaqda təqsirləndirilən Ədalət Şahverdiyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 26-na təyin edilib.

 

Qeyd: Hadisə bu ilin iyun ayında Bərdə şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, Ədalət Şahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə yolu keçmək isdəyən piyadalar - Rövşən Mirzəyev və Baloğlan Səfərlini vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində R.Mirzəyev yerindəcə dünyasını dəyişib, B.Səfərli isə müxtəlif bədən xəsarətləri ilə Xəsdəxanaya yerləşdirilib.

 

Ə.Şahverdiyev polislər tərəfindən saxlanılıb.

Tarix: 18 Dekabr 2022, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin