BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı İstixana Kombinatını işlədən şirkət cəzalandırıldı

Dövlət Gömrük Komitəsi "GROVV GROUP Azerbaijan" MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 1500 manat cərimə edilməsi barədə qərar qəbul edib.

 

Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

 

Qərardan "GROVV GROUP Azerbaijan" MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, “Grow Group Azerbaijan” MMC müasir tipli istixana fəaliyyəti ilə məşğul olur. Şirkət Bakı İstixana Kombinatını işlətməklə yanaşı, bu sahədə təchizatçı, quraşdırma təminatçısı və məsləhətçidir.

Tarix: 26 Noyabr 2019, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin