BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafada masqalı şəxslər evə basqın etdi, qadına zor tətbiq olundu

Ağstafada masqalı şəxslər evə basqın edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 18-i saat 02 radələrində Ağstafa şəhərinin N.Nərimanov küçəsi ev 9-da qeydə alıb.

 

Belə ki, naməlum 2 maskalı şəxs Ələkbərova Sahibə Fuad qızının yaşadığı evin qapısını sındıraraq içəri daxil olub

 

Onlar qadına hədə-qorxu gələrək fiziki zor tətbiq edib. Daha sonra basqalılar S.Ələkbərovaya məxsus pul və qızıl-zinət

əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3-cü (Quldurluq) maddələri ilə cinayət işi başlanılıb.

 

Həmin şəxslərin axtarışları davam etdirilir.

 

Kamal Məmmədov

Tarix: 19 Dekabr 2022, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin