BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil piyada keçidi olmayan yerdə kişini vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 17də-də paytın Z.Bünyatov prospekti, Dərnəgül taxta bazarı adlanan ərazidə qeydə alınıb.

 

Belə ki, 1995-ci il təvəlüdlü İskəndərov Eyyub Saleh oğlu idarə etdiyi avtomobil ilə piyada keçidi olmayan yerdə yolu keçən 1951-ci il təvəlüdlü Vəliyev Əli Vəli oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən 18 dekabr saat 05: 45-də Kliniki Tibbi Mərkəzdə ölüb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 19 Dekabr 2022, 10:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin