BURADA REKLAMINIZ OLA
BİLƏR

İŞİD terror təşkilatının tərkibində döyüşən azərbaycanlı kassasiya şikayəti verdi

İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Ramin Xanmuradov barəsində olan hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hökmdən narazı qalan məhkum Ali Məhkəməsinə müraciət edib.

 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin baxış iclası dekabrın 21-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin Xanmuradov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Ramin Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

 

Kamal Məmmədov

Tarix: 19 Dekabr 2022, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin