BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat: “Arxivlər açılsa, oradan indiki Milli Məclisdə oturanların dədə-babaları çıxacaqlar, hansı ki, Hüseyn Cavidi, Əhməd Cavadı güllələdənlərdir…”

“Vaxtilə Milli Məclisdə Azərbaycanın təhlükəsizlik orqanlarının arxivlərinin açılması ilə bağlı məsələ qaldırmışdıq. Azərbaycan artıq 30 ildir, müstəqildir. Baltikyanı ölkələr bunu etdilər. Kimlər uzun müddət SSRİ xüsusi təhlükəsizlik orqanlarına xidmət edibsə, onların uşaqları, nəvələri də mütləq xidmət edəcəklər. Arxivlərin açılması dövlətin təhlükəsizliyi üçün lazımlı bir şeydir, amma sual yaranır ki, bu addımı atacaqlarmı? Çünki arxiv açılanda oradan çoxsaylı cəbhəçilər, uzun müddət Azərbaycanda milli azadlıq hərəkatının aparıcı qüvvələri sayılanlar, indiki Milli Məclisdə oturanların dədə-babaları çıxacaqlar, hansı ki, onlar Hüseyn Cavidi, Əhməd Cavadı güllələdənlər, indi vəzifədə olanlardır. Ona görə də bir az inanmıram ki, arxivləri açmaq istəsinlər…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Cümşüd Nuriyev deyib.

 

O bildirib ki, dünyanın hər yerində üstündən əlli il keçəndən sonra arxivlər açılır:

 

“Azərbaycanda isə açmaq istəmirlər. Çünki arxivlərdə mütləq indiki vəzifədə oturanların 60 faizi, gənclərin də çoxu çıxacaq. Bildiklərimi deyirəm, çünki onların da ata-babaları uzun müddət sovet təhlükəsizlik orqanlarına xidmət ediblər. Ən faciəvisi isə budur ki, o vaxt Azərbaycanın evini yıxanların sonradan övladları, indi də nəvələri Azərbaycanın evini yıxırlar. Bu, birmənalıdır. Özü də indi kifayət qədər vəzifələrdə onların nəvələri var. İndiki millət vəkilləri, nazirlər belə, hətta nazir müavinləri də var. Arxivlər açılsa, hamınız gösəcəksiniz ki, niyə Qarabağ məsələsi uzun müddət həll ola bilmədi, niyə bu günə qədər Qarabağda ermənilər belə həyasızlıqlar edirlər… Bütün bunların hamsının əsası arxivlərdədir, açılsa, yaxşı olar”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Dekabr 2022, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin