BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkilindən Bəxtiyar Hacıyevin aclıq aksiyası ilə bağlı açıqlama

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O, bu gün səhər müvəkkili ilə təcridxanada görüşdüyünü qeyd edib:

 

“Bəxtiyar Hacıyevlə görüşdüm, özü qəti olaraq aclıq aksiyasının dayandırılması xəbərlərini təkzib etdi. Dedi ki, mətbuatda gedən informasiyalar reallığı əks etdirmir. Təəssüf ki, bu gün də aclığı dayandırma yönündə onu qane edə bilmədim”.

 

 

Tarix: 19 Dekabr 2022, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin