BURADA REKLAMINIZ OLA
BİLƏR

TikTok rəsmiləri Azərbaycana gəldi

"Son zamanlar iki dəfə geniş komanda ilə ölkəmizə səfər edən TikTok rəsmiləri bildiyim qədər RİNN, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, İNNOLAND, İçərişəhər Dövlət Qoruğu və s.qurumlarla və özəl sektorla, ekspertlərlə görüşüb.Bir neçə gün gözlədim ki, qurumlar bunu özləri paylaşarlar. Gördüm səs çıxmır , ictimai əhəmiyyət kəsb etdiyini düşünərək özüm açıqladım. Ölkəmizdə 3 milyonluq auditoriyaya sahib olan bu sosial platforma Azərbaycanın rəqəmsal bazarına maraq göstərir".

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

O.Gündüzün sözlərinə görə, TikTok-un biznes və tanıtım, marketinq və s. faydalı tərəfləri ilə yanaşı təhlükəsizlik tərəfi də var. Çox təəssüf edirəm ki, TikTok rəsmiləri ilə görüşən bizim dövlət qurumları çox "xəsislik" edirlər. Müzakirə mövzularını , ictimai məlumatları paylaşmırlar. Hətta elə dövlət qurumları var ki, onlar da bu haqda məlumatları bizdən axtarırlar. Bu doğru bir yanaşma deyil, belə olmalı deyil. Gərək dövlət qurumları görüşlə bağlı, müzakirə olunan məsələlərlə bağlı, perspektivlə bağlı ictimai informasiyaları açıqlasınlar.

 

Ən azı "İnformasiya əldə etmək haqqında" qanun bunu tələb edir. Fərqində olmaq lazımdır ki, bu tip informasiyalar müxtəlif təbəqələrə, vətəndaşlarımıza və sahibkarlara, ictimai sektora daha düzgün qərarlar qəbul etməyə , işləri və biznesi daha yaxşı və ağlabatan formada planlamağa kömək ola bilərdi".

 

Kənan

Tarix: 19 Dekabr 2022, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin