BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dostunu qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət etdi

Bakıda dostunu qətlə yetirməkdə təqsirləndirilən Zaur Kazımov barəsində olan hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hökmdən narazı qalan məhkum Ali Məhkəməsinə müraciət edib.

 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin baxış iclası dekabrın 21-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hömünə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

 

Belə ki, Z.Kazımov dostu Zaur Cəbrayılovu şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

 

Z.Kazımova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Daha sonra o, tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 19 Dekabr 2022, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin