BURADA REKLAMINIZ OLA
BİLƏR

Kazım Əliverdibəyov vəfat etdi

Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, dirijor Kazım Əliverdibəyov vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.

 

Bildirlib ki, K.Əliverdibəyov bu gün səhər saatlarında dünyasını dəyişib.

 

Qeyd edək ki, K.Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirib. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışıb.

 

Tarix: 19 Dekabr 2022, 17:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin