Reklam

“Azəriqaz”: Hər il yığımla bağlı “Azəristiliktəchizat”la problemimiz olur

““Azəristiliktəchizat”ın tələb etdiyi bütün qazanxanalara qaz verilir. Qazanxanaların sayında dəyişkənlik olur. Bəzi yerlərdə qazanxanalar açılır, bəzi ərazilərdə bağlanır. Yəni mövsüm ərəfəsində tələb olan qazın verilişini təmin edirik. Biz həm qazın verilməsi, həm də yığımı ilə məşğuluq. Yığımla bağlı “Azəristiliktəchizat”la hər il problemimiz olur. Bu problemi demək olar ki, bütün Azərbaycan vətəndaşı bilir. Bu il də problem qalır. Bizim də görəcəyimiz işlər var. Bizim tədbirlər planı tutulur, öz iqtisadi göstəricimizə uyğun maliyyə vəsaitimizi müəyyənləşdiririk”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev “Report”a müsahibəsində deyib.

 

Baş direktor qeyd edib ki, buna uyğun alqı-satqı, satınalma, təmir-tikinti işləri aparılması üçün plan hazırlanır: “Hər hansı bir müəssisə bizə olan borcu ödəmədikdə bizim işlərimiz pozulur. Bizim tələbə görə verilən qazın haqqı 30 gün müddətində ödənilməlidir. Ancaq ən böyük müəssisələrdən biri olan “Azəristiliktəchizat”la bizim aramızda bu problem həmişə qalır və bu gün də var”.

Tarix: 26 Noyabr 2019, 16:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin