BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu müğənni vətəndaşlardan pensiya düzəltmək adı ilə külli miqdarda pul ələ keçirib, həbsdə olub – Vəkildən ŞOK AÇIQLAMA

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Musa qızı Kazımovanın vəkili İlqar Rüstəmov müğənni Dəniz Əsədovanın Mehparə Kazımovaya qarşı səsləndirdiyi iddialara aydınlıq gətirib.

 

İ.Rüstəmov Pravda.az-a açıqlamasında müğənni ilə bağlı bir sıra faktları açıqlayıb.

 

O bildirib ki, Dəniz Əsədovanı xüsusi ittiham qaydasında məhkəməyə verəcək: “Dediklərinin hamısı şər-böhtan, yalandır. Onunla bağlı baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İddialarının hamısının yalan olduğu təsdiqini tapıb, bu səbəbdən cinayət işinin başlanılmasının rədd olunması barədə qərar verilib. Cinayət işi başlanılması rədd olunandan sonra jurnalistlərdən öyrənmişik ki, o, müğənnidir. Müğənni, yaxud hansısa fəaliyyətlə məşğuldursa, öz işidir. Biz buna qarışa bilmərik. Mehparə xanımın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yaxınlaşması, onun Dəniz Əsədovadan 25 min manat almasına dair səs yazısının olması - hamısı yalandır. O araşdırma çox uzun çəkib. Əvvəl Nəsimi Rayon Polis İdarəsində başlanılıb, sonra aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırma vəzifəli şəxslər barəsində olduğuna görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yönəldilib, lakin D.Əsədovanın dedikləri təsdiqini tapmayıb. Əksinə, Mehparə Kazımova humanistlik göstərib, D.Əsədovanın onun barəsində yalan məlumat vediyinə görə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etməyib. Biz artıq onu məhkəməyə verməyə məcburuq. Baş Prokurorluğa da müraciət edəcəyik ki, bu adam dayanmır”.

 

Vəkil bildirib ki, Dəniz Əsədova bir müddət həbsdə olub: “Barəsində Cinayət Məcəlləsinin 178-ci maddə üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü var. Əsədova əlbir olduğu cinayətkar dəstənin üzvü olan digər şəxslə birlikdə ayrı-ayrı çoxsaylı vətəndaşlardan pensiya düzəltmək adı ilə vahid niyyətlə külli miqdarda pul ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci ilin sonlarında onlar barəsində hökmü var. Bir müddət həbsdə olub, sonradan barəsində şərti hökm çıxarılıb. Məhkəmə Dəniz Əsədovaya qadın olduğu üçün humanistlik göstərib, zərərlərin bir hissəsi ödənilib”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Dekabr 2022, 17:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin