BURADA REKLAMINIZ OLA
BİLƏR

Maştağada bacısının nişanlısını bıçaqlayan şəxsdən xəbər var

Bakıda qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Elçin Ağamalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu ilin avqustunda paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini Elçin Ağamalıyev bacısının nişanlısı Dilqəm Əliyevi bıçaqlayıb.

 

Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

 

E.Ağamalıyev saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2022, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin