BURADA REKLAMINIZ OLA
BİLƏR

Bacısını bıçaqlayaraq öldürmək istəyən şəxsin istintaqı yekunlaşdı

Ağcabədidə bacısını öldürməyə cəhddə təqsirləndirilən Toğrul Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Nizami Quliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il sentyabrın 1-i saat 12 radələrində Ağcabədi rayonu, Xocavənd kənd sakini 1994-cü il təvəllüdlü Vüsalə Quliyevaya yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağcabədi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Toğrul Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Vüsalə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Toğrul Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2022, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin