BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir İmanovdan tənqid olunmasına reaksiya

Əməkdar artist Tahir İmanovun “can”, “çay”, “çəmən” və sairə kimi sözlərin danışıq dilində düzgün tələffüz qaydası ilə bağlı hazırladığı videosu ictimaiyyətin bir qismi tərəfindən tənqidlə qarşılanıb. İmanovun “doğma dilimizdə düzgün danışaq” mesajına qarşılıq olaraq Real FM-in direktoru Kəmalə Onur “Tahir İmanov Elişlə Roşkanı ələ salıb, axı adam öz məhsuluna gülməz” fikirlərini paylaşıb. Bəziləri isə Tahir İmanovun bölgələrimizin ləhçəsini ələ saldığını və bu addımın gərəksiz olduğunu bildirir.

 

Pravda.az-ın əməkdaşı Tahir İmanovun haqqında səslənən fikirlərlə əlaqədar mövqeyini öyrənməyə çalışıb.

 

Əməkdar artist deyib ki, tənqidlərlə bağlı heç bir fikir, münasibət bildirmək istəmir.

 

Layihənin davamının olub-olmayacağı barədə suala isə T.İmanov belə cavab verib:

 

“Allahın izni ilə, baxarıq, görək…”

 

Aytəkin Qardaşova

Tarix: 20 Dekabr 2022, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin