BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda əvvəl dini fanatlar aktiv idisə, indi məramı aydın olmayan millətçilər aktivləşiblər”

“Neçə gündür sosial şəbəkələrdə Fransa millisinin afrikalılardan ibarət olduğunu və onların hesabına gəlib finala çıxdıqlarını iddia edən müzakirələr edilir. Messi kuboku alıb gedib dincəlməyə, amma bizim burda başımız şişib. Açığının deyim ki, çox faciəli durumdur. Təsəvvür edin ki, Fransa finalda Argentinaya qalib gəlsəydi bəlkə də bəziləri FİFA-a məktub yazardılar ki, oyun nəticəsini ləğv etmək lazımdır, çünki komandada fransız yoxdur. Reallıq odur ki, Fransa mundialboyu çox gözəl oyun nümayiş etdirdi və finalda Argentina daha şanslı oldu”.

 

Pravda.az xəbər verir ki, bunu ekspert Samir Əliyev deyib.

SşƏliyev bildirib ki, o 1990-cı ildən - 32 ildir Almaniyaya azarkeşlik edir və ona görə finalda onun üçün kimin udmasının çox da önəmi olmayıb: “Belə baxanda Almaniyanın həmişə Argentina ilə oyunu alınır, əksər hallarda onu udur, amma Fransa ilə çətin oynayır və əksər hallarda uduzur. Ona görə də prosesə obyektiv qiymət verə bilərəm. Əslində qiyməti oyunun özünə deyil, Fransa yığmasının tərkibi ilə bağlı səslənən fikirlərə vermək istəyirəm. Etiraf edim ki, son vaxtlar Almaniya uduzanda günahı daha çox yığmadakı miqrantlarda görürəm. Ancaq soyuq düşüncə ilə fikirləşəndə görürsən ki, səhv yanaşmadır.Azərbaycanda son illər təhlükəli və kənardan idarə olunan millətçilik meylləri baş qaldırmaqdadır. Əvvəl dini fanatlar aktiv idisə, indi məramı aydın olmayan millətçilər aktivləşiblər. Dövlətdən vətəndaşa diqqət yönəltməsini tələb edənlər nədənsə özləri vətəndaşlar arasında etnik ayrı-seçkilik etməyə çalışırlar. Analoji yanaşmanı da Fransa millisinə şamil edirlər. Sizə təqdim edilən foto göstərir ki, yığma oyunçularının hamısı istisnasız olaraq Fransada doğulublar. Fransa hökuməti onlardan vətəndaş yetişdirib, təhsillə təmin edib, səhiyyə xidmətlərindən yararlanıblar, idmançı karyerası qurmağa hərtərəfli şərait yaradıb. Həmin adamlar artıq özlərini fransız sayırlar, onların övladları isə Mərakeşin və digər ölkələrin yerini heç xəritədə də görməyəcəklər. Həmin oyunçuların valideynlər və ya ulu-babaları Afrikada qalsaydılar onları bir hissəsi ya oğru olardı, ya da başqa peşə sahibi. Yəni indiki kimi dünyanınən güclü komandalarından birini təmsil edə bilməzdilər, dünyanın ən güclü dövlətlərindən birinin vətəndaşı olmazdılar”. 

 

“Bu gün Avropanın müxtəlif ölkələrinə gedən soydaşlarımız var. Təbii ki öz xoşları ilə getməyiblər. Ancaq onların övladlarının təhsili üçün getdikləri ölkənin hökuməti kifayət qədər şərait yaradır. Onlar sonra istədikləri işi də tapa biləcəklər. Və onların övladları bir gün yaşadıqları ölkənin millisində təmsil olunacaqlar.  Onsuz da hər gün ölkəni tərk edənlərin uğuru barədə məlumatlar alırıq. Halbuki onlar Azərbaycanda qalıb eyni uğuru əldə edə bilməzlər. Ona görə də hesab edirəm ki, Fransa millisində etnik mənsubiyyət axtarmaq rasizimin bir formasıdır” – ekspert əlavə edib.

 

Kənan

Fotoları təqdim edirik
Tarix: 20 Dekabr 2022, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin